media ismayil beqai x7nvzs 1744697248

İran Yəməndəki husilərə hərbi texnika və döyüş sursatı göndərməsi ilə bağlı ABŞ-ın irəli sürdüyü ittihamları rədd edib.

Globalinfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məsələ ilə bağlı açıqlamasında yayılan xəbərləri əsassız və saxtakarlıq cəhdi adlandırıb.

Bəqai bildirib ki, ABŞ-nin bu hərbi yükün ələ keçirilməsi ilə bağlı bəyanatı ictimai rəyi əsas məsələdən – İsrailin bölgədəki hücumları və Amerikanın təhlükəli müdaxilələri yayındırmağa yönəlib”.

Xatırladaq ki, bundan öncə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayaraq Yəməndə husilərə göndərildiyi güman edilən 750 tondan çox silah və hərbi texnikanı ələ keçirdiklərini iddia etmişdi. Vaşinqton bu silahların İrandan göndərildiyini və BMT Təhlükəsizlik Şurasının silah embarqosunu pozduğunu bildirib.

İran tərəfi isə bu iddiaları növbəti siyasi manipulyasiya kimi qiymətləndirir və Yaxın Şərqdəki sabitsizliyin əsas səbəbi kimi ABŞ və İsrailin siyasətini göstərir.

Tahir Turan
Globalinfo.az

Paylaş: