DNB4tTtuniJAW3WDuuFt1bZJHmAgMRHjLY3XktLv 1200

Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışır, lakin İranla İsrail arasında hərbi toqquşma ehtimalı çox yüksək olaraq qalır”.

Globalinfo.az  xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.

O, əlavə edib ki, İrana qarşı aparılan müharibə nüvə məsələsində vəziyyəti dəyişdirib və Beynəlxalq Atom Enerjisi Agentliyi ölkənin nüvə obyektlərinə dəstək verə bilməyib.

Habelə İsraillə 12 günlük müharibənin gedişindən danışan Xətibzadə qeyd edib ki, toqquşmanın əvvəlində İran generallarının öldürülməsi səbəbindən ölkədə təhlükəsizlik problemi yaranıb, lakin qısa müddət sonra vəziyyətə nəzarət bərpa edilib.

Paylaş: