2023 10 26 114930

İran İsrail və Livan arasında mümkün gərginliyin artması fonunda xəbərdarlıqla çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnternational press” məlumat yayıb. İran rəsmiləri bildiriblər ki, əgər İsrail ordusu Livanın paytaxtı Beyruta qarşı hərbi əməliyyat həyata keçirərsə, şimali İsrail bölgələrində yaşayan əhalinin təhlükəsizlik məqsədilə təxliyəsi zəruri ola bilər.

İran hakimiyyəti belə bir ssenarinin yaşanacağı təqdirdə şimali İsrail sakinlərini təcili təxliyə etməyə çağırıb.

Tehran hesab edir ki, belə bir ssenari regionda qarşıdurmanın daha da genişlənməsinə səbəb ola və sərhədyanı ərazilərdə təhlükəsizlik risklərini artıra bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: