“Gələcəkdə düşmənə daha güclü zərbələr endiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Hətəmül-Ənbiya Birgə Hava Hücumundan Müdafiə Qərargahının komandirlərindən biri Şamxal Cəfəri deyib.
Onun sözlərinə görə, İranın atacağı addımlar qarşı tərəf üçün gözlənilməz olacaq və “düşməni çaşqın vəziyyətə” salacaq:
“Gələcəkdə düşmən qarşısında meydanda deyəcəyimiz sözlər var. Elə addımlar atacağıq ki, düşmən tamamilə çaşacaq, heyrətə gələcək və təəccüblənəcək”.
Safura Bənnayeva
Globalinfo.az