ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi gəmisinin vurulması ilə bağlı İran mediasının xəbərini təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” hesabında bildirilib.
Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb və donanma İran limanlarına blokada tətbiq etməyə, eləcə də “Project Freedom” əməliyyatını dəstəkləməyə davam edir.
Qeyd edək ki, İran mətbuatı Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ hərbi gəmilərindən birinin iki raketlə vurulduğu barədə məlumat yayıb.
***14:56
Vaşinqton İranın ABŞ-ın hərbi gəmisini raketlə vurması xəbərini təkzib edib.
Bu barədə “Axios”un əməkdaşı Barak Ravid “X” hesabında yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
***14:25
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmilərindən birinə raket zərbələri endirib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, atılan iki raket hədəfə dəyib.
Bildirilib ki, ABŞ hərbi gəmisinin xəbərdarlıqlara məhəl qoymamasından sonra raket zərbəsi endirilib.
“Bundan sonra gəmi geri qayıtmağa məcbur olub”, – məlumatda qeyd olunub.
Hadisə nəticəsində hər hansı tələfatla bağlı məlumat yoxdur.