İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə nəzarət və monitorinqləri əhatə edən əməkdaşlığını dayandırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə komitənin sözçüsü İbrahim Rezai məlumat yayıb.
O bildirib ki, layihə bu gün keçirilən iclasda ümumi şəkildə təsdiqlənib.
“Bu plana əsasən, hökumət agentliklə kamera quraşdırılması, yoxlamaların keçirilməsi, inspektorların qəbul edilməsi və hesabatların təqdim olunması da daxil olmaqla hər cür əməkdaşlığı dayandırmalıdır. Bu qərar ölkənin nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər qüvvədə qalacaq”, – deyə Rezai açıqlayıb.
Layihənin qanun qüvvəsi alması üçün öncə parlamentdə səsvermədən keçməsi, daha sonra isə prezident Məsud Pezeşkiana təqdim olunması tələb olunur.
Aysel Əliyeva
Globalinfo.az