1db2633f 6177 496e 8d2b c37b88b84e7a 9

İran ABŞ-nin bütün şərtləri ilə razılaşır. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresdə jurnalistlərə açıqlamasında deyib.

İran özünü çox yaxşı aparır. Mənim istədiyim hər şeylə razılaşır. Onlar bunu etməlidirlər də, əks təqdirdə biz qayıdacağıq və etməli olduğumuzu edəcəyik”, – Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin neft qiymətlərinə də toxunub:

“Görürəm ki, neftin qiyməti indicə bir barel üçün 70 dollara düşüb. Kim düşünərdi ki, belə bir şey baş verəcək? Həm də müharibə zamanı”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrailin İranla müharibəsi 28 fevralda başlayıb. Ötən günlərdə Vaşinqton və Tehran hərbi əməliyyatların bütün cəbhələrdə, o cümlədən Livanda dərhal dayandırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar. Sənəd tərəflər arasında 60 günlük atəşkəs və yekun razılaşma üzrə danışıqlar üçün çərçivə yaradır.

İyunun 21-22-də İsveçrənin Bürgenştok kurortunda Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında memorandumun icrası ilə bağlı danışıqlar keçirilib. Tərəflərin yaydığı birgə bəyanatda görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi, irəliləyiş əldə olunduğu və gələcək texniki məsləhətləşmələr üçün əsas yaradıldığı bildirilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: