İran, Çin və Rusiya birgə təlimə başlayır

Martın 12-də İran, Çin və Rusiya birgə “Dəniz təhlükəsizlik kəməri – 2024” hərbi dəniz təlimlərinə başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Vurğulanıb ki, sabah – martın 12-si 3 ölkənin iştirakı ilə Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri – 2024” təliminin əsas mərhələsi başlayacaq. Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin suüstü və uçuş bölmələri, Çin və Rusiyanın hərbi gəmilərininin iştirakı nəzərdə tutulur.

Təlimlərdə Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. Təlimlərin məqsədi regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməliyyat və taktiki təcrübə mübadiləsidir.