İran İsraildə ilk o binaya zərbə endirəcək – KİV

İran HƏMAS lideri İsmayıl Haniyənin ölümünə cavab olaraq “Mossad”ın Təl-Əvivdəki ofisinə zərbə endirə bilər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı İranın “Press” televiziyası yayıb.

“Apardığımız analiz göstərir ki, ən böyük ehtimal olunan hədəf İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən “Mossad” ofisidir. Məhz onlar Haniyənin qətlində əsas rolu oynayıblar”, – məlumatda bildirilib.

Lakin İran televiziyası Təl-Əvivdə digər obyektlərin də hədəf ola biləcəyini istisna etməyib.

Əliyar Xəlil
Globalinfo.az