“Hələlik ABŞ-la müqavilə imzalamağa yaxın olduğumuzu deyə bilmərik”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi qeyd edib:
O, Tehran və Vaşinqton arasında bir sıra məsələlər üzrə razılığa gəlindiyini söyləyib:
“ABŞ-la aparılan danışıqlarda Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsin dayandırılması müzakirə edilir. Biz hazırda nüvə proqramı ilə bağlı danışıqlar aparmırıq”.
Əliyar Xəlil
Globalinfo.az