İran Prezidenti Məsud Pezeşkian düşmənin ölkədə sabitliyi pozmağa yönələn cəhdlərinin tamamilə uğursuz olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, İranın son qırx gün ərzində görünməmiş təzyiqə tab gətirdiyini söyləyib.
Pezeşkian çıxışında qeyd edib ki, Tehranın düşmənlərinin dövlət sisteminin sürətlə deqradasiyaya uğrayacağı ilə bağlı gözləntiləri milli birlik sayəsində puç olub.
“Düşmənin ölkənin tez bir zamanda dağılacağı ilə bağlı xəyalı İran xalqının müqaviməti və dözümlülüyü ilə dağılıb. Bu gün mülki infrastrukturu hədəf almaq təhdidləri güc əlaməti deyil, onların acizliyinin açıq göstəricisidir”, – deyə prezident bildirib.
O, limanların, tranzit dəhlizlərinin və əsas infrastruktur obyektlərinin işçilərinə fədakarlığa görə xüsusi təşəkkür edib. Pezeşkianın sözlərinə görə, nəqliyyat arteriyalarının sabit işləməsi ölkənin müdafiə gücünün açarıdır.
Əliyar Xəlil
Globalinfo.az