İsrail ordusu Qəzza zolağının təxminən 65 faizinə nəzarət edir.
Globalinfo.az bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, yenilənmiş tammiqyaslı quru kampaniyasının nəticələridir. Bu müddət ərzində İsrail ordusu bütün anklavda Fələstin radikallarının 7500-dən çox hərbi hədəfinə, o cümlədən silah anbarlarına reaktiv yaylım atəşi sistemləri ilə hücum edib.
Ordunun məlumatına görə, təkcə ötən həftə Qəzzada 100-dən çox fələstinli radikal, o cümlədən HƏMAS hərəkatının hərbi qanadının bir neçə komandiri məhv edilib. Müharibənin məqsədlərinə uyğun olaraq İsrail ordusu Qəzza zolağında fəaliyyətini davam etdirir.
Əliyar Xəlil