iran israil ve abs nin natanzdaki nuve obyektlerine hucum etdiyini beyan edib 1772443933

İran və ABŞ arasında mümkün razılaşmanın əsaslarını əks etdirən 14 bəndlik memorandumun detalları açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

“Sənəddə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə aradan qaldırılması, dəniz blokadasının ləğvi, Hörmüz boğazında nəqliyyatın bərpası, neft ixracına qoyulan məhdudiyyətlərin götürülməsi və dondurulmuş İran aktivlərinin azad edilməsi nəzərdə tutulur”, – deyə bildirilib.

Layihəyə əsasən, Vaşinqton həmçinin İran iqtisadiyyatının bərpasına dəstək verəcək proqram təqdim etməlidir.

Yekun danışıqların əsas diqqət mərkəzi nüvə proqramı və iqtisadi məsələlər olacaq, raket proqramının isə müzakirə predmetinə çevrilməyəcəyi bildirilir.

Memorandumun qüvvəyə minməsi üçün aidiyyəti qurumların təsdiqi tələb olunur.

Sənədə görə, tərəflər nüvə proqramı ilə bağlı 60 gün ərzində danışıqlar aparacaq və bu prosesin yekununda genişmiqyaslı razılaşmanın imzalanması gözlənilir.

Bununla belə, İran rəsmiləri hələlik yekun qərarın qəbul edilmədiyini və sənədin tam razılaşdırılmadığını bildirirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: