tramp mansetjpg 1740721217

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Norveç Baş naziri Jonas Gahr Störeə mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı o, sosial media hesabında paylaşım edib.

Mesajda deyilir:

“Hörmətli Jonas, ölkənizin 8 müharibəni dayandırdığıma görə mənə Nobel Sülh Mükafatı verməməyi qərara alması səbəbilə, artıq yalnız sülh barədə düşünmək məcburiyyətində olmadığımı hiss edirəm, baxmayaraq ki, sülh həmişə üstün olacaq. İndi ABŞ üçün yaxşı və uyğun olanı düşünə bilərəm. Danimarka həmin ərazini Rusiya və ya Çindən qoruya bilməz və onlar niyə “sahibliq hüququ”na sahibdirlər? Yazılı sənədlər yoxdur, sadəcə yüz illər əvvəl oraya bir gəmi enib, amma bizim də oraya gəmidən enənlərimiz olub. NATO-nun qurulmasından bəri mən NATO üçün hər kəsdən daha çox iş görmüşəm və indi NATO ABŞ üçün bir şey etməlidir. Qrenlandiya tam şəkildə nəzarətimizdə olmadığı müddətcə dünya təhlükəsiz deyil. Təşəkkürlər! Prezident Donald Tramp”.

ad6be36c 5c00 4cd7 8f2c e76bdc523afb

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: