sebine eliyeva

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb.

Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.

Globalinfo.az Ombudsman Səbinə Əliyevanın dosyesini təqdim edir:

Səbinə Əliyeva 1980-ci il mayın 7-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. 2009-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb.

O, 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən 2019-cu ilə qədər aparat rəhbərinin müavini vəzifəsində çalışıb. 2019-cu ildə isə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Səbinə Əliyeva həmçinin, Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

Paylaş: