Amerika Basketbol Liqasının (NBA) komandalarından olan “Los Angeles Lakers”in ulduz futbolçusu Lebron Ceymsin oğlu Bronni ilk matçına çıxıb.
Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Cənubi Kaliforniya Universitetində oynayan 19 yaşlı Bronni James, komandasının əlavə vaxtın sonunda “Long Beach State”ə 84-79 uduzduğu matçın sonuna yaxın çıxıb. O meydanda olduğu 16 dəqiqə ərzində 4 xal, 3 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Matçdan sonra sosial media hesabında hisslərini paylaşan Ceyms “Oğlum, səninlə fəxr edirəm. Bu gün mənə böyük hədiyyə verdin. Hisslərimi ifadə etmək mümkün deyil. Xoşbəxtlikdən tükəndim. Bronni, sən sadəcə heyrətamizsən” – ifadələrinə yer verib.