İmişlidə beşotaqlı mənzil yandı

İmişli rayonunun Qaragüvəndikli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yaxınlıqdakı tikililərin yanğından mühafizə olunduğu qeyd edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.