Əkrəm İmamoğlunun “Şəhər uzlaşması” istintaqı çərçivəsində verdiyi ifadə 1 saatda tamamlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Kİv məlumat yayıb.
Bildirilir ki, bunun ardınca o “korrupsiya” istintaqı çərçivəsində dindiriləcək.
***
Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Türkiyə mətbuatının məlumatına görə, dövlət ittihamını 34 prokuror müdafiə edir.
***
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin iki istintaq üzrə prokurorlar qarşısında ifadə vermə prosesi başlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məhkəmə qarşısında Ə. İmamoğluna qarşı iddialara etiraz etmək üçün minlərlə insan yığışıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Ə. İmamoğlu və digər 90 şübhəliyə qarşı “PKK terror təşkilatı ilə əməkdaşlıq”, “korrupsiya”, “rüşvət alma və vermə”, o cümlədən digər ittihamlar irəli sürüb.
***
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və daha 90 şübhəli dindirilmək üçün İstanbul Prokurorluğundan Çağlayandakı Ədliyyə Sarayına aparılıb.
Globalinfo.az “Haber7″yə istinadən xəbər verir ki, şübhəlilərin hər birindən burada ifadə alınacaq və toplanan iş məhkəməyə göndəriləcək.
Təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizliyi təmin etmək üçün Ədliyyə Sarayının önünə çox sayda polis cəlb olunub.
İki istintaq üzrə 30 prokurorun iştirakı ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq və korrupsiya maddələri ilə ittiham edilir. O, ittihamları rədd edib.