Bu gün Suriyanın Homs əyalətində məsciddə partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir, ancaq dəqiq say hələlik açıqlanmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Məyadin” qəzeti məlumat yayıb.
“Partlayış Homsun Vadi əl-Zəhəb məhəlləsində yerləşən İmam Əli məscidinin içərisində baş verib. İlkin məlumatlara əsasən, hadisə cümə namazı zamanı kamikadze hücumu nəticəsində baş verib.
Bildirilib ki, Suriya hökumətinin təhlükəsizlik orqanları partlayışın olduğu ərazini mühasirəyə alıb. Hadisə ilə bağlı araşdırma aparılır”,-deyə, nəşr qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az