18 il cəza alan İlkin Süleymanovla bağlı yeni QƏRAR

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə Globalinfo.az-a İ.Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib.

O bildirib ki,məhkəmə iclası avqust ayının 8-nə təyin edilib.

İş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun icraatına verilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Süleymanov qərardan şikayət verərək barəsindəki hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün verilməsini istəyib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Zaira Akifqızı
Globalinfo.az