0e46275d 6a07 4fe6 b236 bb3bfa3aaee1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar keçirilib.

Globalinfo.az xəbər verir ki, Suqovuşanda əvvəlcə rəsmi açılış mərasimi baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi şəxslərin çıxışları zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın hər il artdığını və bunun sevindirici hal olduğunu qeyd edib, idmançılara uğurlar arzulayıb.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. Füzulidə və Suqovuşanda yarışların yüksək səviyyədə təşkilatçılığından danışıb. O, qonaqpərvərliyə, səmimi qarşılanmaya görə Azərbaycan xalqına və federasiyaya təşəkkürünü bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq 5-ci dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb. Nazir Qarabağda bu cür turnirlərin təşkil olunmasının təqdirəlayiq olduğunu söyləyib. Fərid Qayıbov çıxışın sonunda “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmən açıq elan edib.

Rəsmi hissə başa çatdıqdan sonra Suqovuşan su anbarında idmançıların iştirakçı ölkələrin bayraqları ilə dairəvi keçidi baş tutub. Ardınca 200 metr məsafədə kayak və kanoe üzrə yarışlar start götürüb.

İlk gündə Azərbaycan idmançıları 3 medal qazanıb. Amil Ramazanov bir nəfərlik kayak qayığında 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. Eyni növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə, 2011-2012-ci il təvəllüdlü avarçəkənlərin yarışında isə Mustafa Vəlizadə üçüncü yer tutub.

Yarışlar 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

555eea68 4d90 42a5 bf03 a871486bb68e
fb917b18 adca 4265 9c08 31668babafa9
60da290a e453 4b95 8769 be88dbb345da
19f301c6 c78a 45ae ae2a ecba1c4f2d48
0fb2e827 038e 4faa acec 0eaf46952870
7038cb11 b851 4524 bd19 5944a097f1a7
f94b360f a84e 49ea 99c0 7f36ef845218
e8a596ea 42dc 4c67 8977 2800bacf42a1
07b3d153 9335 4fcd b837 5f2a48798e8a
c7b880bf 651b 432f a0db f44689d551fa
3561f15b aced 442d bb7b 99c1303f9916
523c8194 6ca0 4288 9509 eac0de3c2321

Paylaş: