İlk dəfə Türkmənistanda zirvə görüşü keçiriləcək – İlham Əliyev bu ölkəyə səfər edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Respublikasına səfər edəcək.

Globalinfo.az xəbər verir ki, ölkə başçısının səfəri 14 dekabr tarixində baş tutacaq.

Prezident burada ilk dəfə təşkil olunacaq Azərbaycan-Türkiyə-Türkmənistan Liderlər Zirvəsinə qatılacaq.

Zirvə dekabrın 14-də Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.

Türkmənistan rəhbəri Sərdar Berdiməhəmmədovun ev sahibliyi edəcəyi zirvədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.

Liderlərin ikitərəfli görüşlər keçirməsi də gözlənilir.