WhatsApp Image 2026 10 24 at 11.36.45

Tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı məhz paytaxt Bakıda təşkil olunur.

Globalinfo.az bildirir ki, bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.

Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmilər turnirdə iştirak edirlər.

Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibi seçilməsi təsadüfi deyil.

Bu turnir eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.

WhatsApp Image 2026 10 24 at 11.36.45 1WhatsApp Image 2026 10 24 at 11.36.46

Paylaş: