Fransa iki referendumu iqnor edib! – Bakıda çağırış

“Fransa özünü həmişə demokratiya ölkəsi kimi təqdim edib. Ancaq bu, sadəcə bir görüntüdür”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki,  bunu Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Fransanı bürüyən sosial böhran diktator hökumətin dəlilidir:

“Bura irqçi cinayətləri də əlavə edə bilərik. Fransa ilk iki referendumu “iqnor edib”. Hazırda da öz siyasətini davam etdirir. Bizim bugünkü qorxumuz odur ki, Fransa hökuməti xalqımızın seçiminə məhəl qoymur”.