qartal yuvasi

Adolf Hitlerin vaxtilə çay evi kimi istifadə etdiyi və “Qartal yuvası” adı ilə tanınan tarixi Kelştaynhaus binasında yanğın qeydə alınıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə Berxtesqaden əyalətində baş verib.

Yerli polisdən bildirilib ki, bina tamamilə alov içində olub və yanğınsöndürənlər genişmiqyaslı əməliyyat həyata keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən yandırma ehtimalını da istisna etmirlər, lakin hadisənin dəqiq başvermə səbəbi hələlik müəyyən edilməyib.

Adolf Hitlerin Qartal yuvası kül oldu - FotoAdolf Hitlerin Qartal yuvası kül oldu - FotoAdolf Hitlerin Qartal yuvası kül oldu - FotoAdolf Hitlerin Qartal yuvası kül oldu - Foto

Paylaş: