Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun “X” sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.
“Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm”, – İlham Əliyev bildirib.
Thank you dear Robert for your true and valuable words about Azerbaijan. I highly value our partnership, once again thank you for hospitality during my visit to Slovakia and looking forward to seeing you in Baku soon.
— Ilham Aliyev (@presidentaz) May 10, 2026