İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Globalinfo.az fərmanın mətnini təqdim edir:

“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 131 (Cild I); 2024, № 3, maddə 252, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə üzrə:

1.1. birinci abzasda “Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bənddən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə” sözləri çıxarılsın və həmin bənddə “təşkili” sözü “təkmilləşdirilməsi” sözü ilə əvəz edilsin.

2. 4-cü hissədə “Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” üzrə:

3.1. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. ESTİS-in sahibi və operatoru Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.”;

3.2. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlər ləğv edilsin.