İlham Əliyev bu sənədləri təsdiqlədi

Prezident İlham Əliyev Özbəkistanla vizasız gediş-gəlişlə bağlı sazişə əlavə və dəyişikliyi təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.

Fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib.

X X X

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, fərmana əsasən, Energetika Nazirliyi Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Prezident həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

X X X

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək