İlham Əliyev: “IGB Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”

“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) təbii qaz tədarükünün şaxələndirilməsində və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.