İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Baş nazir Benyamin Netanyahudan müdafiə naziri Yoav Qalantı işdən çıxarmağı tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Məlumata görə, buna səbəb Yoav Qalantın İordan çayının qərb sahilindəki qeyri-qanuni postun icazəsiz sökülməsinə göstəriş verməsidir.
“Hizbullah ölkənin şimalını atəşə tutur, müdafiə naziri Qalantın isə daha mühüm vəzifəsi var. O, qoşunları Yairin fermasındakı postu sökmək üçün göndərir” deyə Ben Qvir ironiya ilə bildirib.
Xatırladaq ki, İsrail Müdafiə Nazirliyinin Sərhəd Polisi qüvvələri Fələstin torpaqlarında inşa edilmiş altı müvəqqəti tikilini evakuasiya edərək söküb.
Ben Qvir isə artıq ikinci dəfədir ki, Qalantın hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az