1599631641usa

“Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı, polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün “Facebook” hesabında paylaşım edib.

O, azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildiyini və Gəncə şəhər Uşaq cərrahiyə şöbəsinə göndərildiyini qed edib:

“Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb, hadisəni törədən şəxs həbs olunub”.

02f321dd 0cfc 49a2 9a21 6025e79a000c

Globalinfo.az

Paylaş: