Artıq qərar verilib: III müharibə başlayır – Melkonyan

“Üçüncü Dünya müharibəsi de-fakto reallığa çevrilib. Ermənistan əvvəl-axır mövqeyini müəyyən etməli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni şərqşünas Ruben Melkonyan deyib.

“Dünya müharibəsinin cəbhələri aydındır və faktiki olaraq müttəfiq bloklar müəyyənləşib. Rusiya, İran və Çinin maraqları üst-üstə düşür. Bu fonda qeyri-müəyyənliklər də yaranır. Məsələn, Türkiyə… Bu ölkə heç kimin tərəfində durmur, hər kəslə işləyir və bütün tərəflərdən divident alır.

Ermənistan isə özünü doğrultmayan qeyri-müəyyənlikdir. Bir tərəfdən o, KTMT-nin üzvü olsa da, ona qarşı fəaliyyət aparır. Üstəlik, KTMT də ona qarşı fəaliyyətdədir. Yəni Ermənistan heç kimdən divident götürə bilmir”, – o bildirib.

Melkonyan Ermənistanın tezliklə hansı düşərgədə yer alması gərəkdiyi barədə qərar verməli olacağını deyib. O həmçinin dünyada gedən proseslər fonunda Qafqazın birbaşa hərbi fəaliyyətlərə cəlb edilə biləcəyini söyləyib. Buna görə də ekspert Ermənistanın bir hissəsinin hərbi fəaliyyətlər üçün səhnə olacağını istisna etməyib.

İlkin Həsənov
Globalinfo.az