İdarədən şagirdlərin “dilək ağacı” ilə fotosuna münasibət

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və “dilək ağacı” ətrafında onların fotosu çəkilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə məktəbin “Facebook” səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

“Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi “Facebook” səhifəsində paylaşılıb” – deyə cavabda qeyd olunub.

Məktəb rəhbərliyi şagirdləri pirə aparıb, "dilək ağacı" ətrafında fotosunu çəkib