İçərisində 5 qadının olduğu “Porsche” aşdı – VİDEO

Bu gün saat 13:15 radələrində Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yoldan keçən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik: