Husilər İrandan yeni silahlar alacaq – Hücumun miqyası artır

Yəməndən olan husilər hücumların miqyasını genişləndirmək niyyətindədirlər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ rəsmiləri arasındakı mənbəyə istinadən məlumat yayıb.

Hüsilərin hücumların miqyasını genişləndirməyi hədəflədikləri və İrandan daha çox silah almağa çalışdıqları bildirilir.

Qeyd edək ki, Husilər bir müddətdir Qəzzada davam edən müharibədə HƏMAS-a dəstək məqsədi ilə Qırmızı dənizdə ABŞ və İsrailə məxsus ticarət gəmilərinə hücum edirlər.

Əliyar Xəlil
Globalinfo.az