Husilər Ədən körfəzində Britaniya gəmisini vurdu

Husilər Ədən körfəzində Britaniya gəmisinə raket zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ənsar Allah” üsyançı hərəkatının (husilərin) hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

O əlavə edib ki, Husilər Britaniyaya məxsus “Lycavitos’  gəmisini raketlə vurub:

“Yəmən donanması Ədən körfəzində gəmi əleyhinə raketlə Britaniya gəmisini məhv edib”, – deyə Husilərin hərbi nümayəndəsi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az