Homoseksual nazir xəstəliyini açıqladı: “Mənə çətindir”

Yanvarın 11-də Fransanın xarici işlər naziri vəzifəsinə təyin olunan Stefan Sejurne disleksiyanın yaratdığı problemlərdən əziyyət çəkdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Gənc olanda mənə ağır disleksiya diaqnozu qoyuldu. 15 il əvvəl belə müsahibə vermək mənim üçün çətin olardı. Amma məşq nəticəsində şifahi nitqdəki çatışmazlıqlardan demək olar ki, tamamilə xilas oldum.

Ancaq yorğunluq və stress anlarında yenidən ortaya çıxır və  mənim üçün bunun öhdəsindən gəlmək çətindir”, – o qeyd edib.

Qeyd edək ki, Stefan Sejurne homoseksual baş nazir Qabriel Attalın “əridir”.

Safura Bənnayeva
Globalinfo.az