
İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai nümayəndə heyətinin danışıqlar üçün Omana səfər etməsi barədə xəbərləri təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.
***
İranın rəsmi nümayəndə heyətini daşıyan təyyarələr Omana enib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nümayəndə heyətinin hansı məqsədlə Omana gəldiyi məlum deyil.
***
Hökumət təyyarələrinin Maskata ABŞ-la danışıqlar üçün endiyi ehtimal edilir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə xarici media çıxış edib.
***18:18
İran hökumətinə məxsus iki təyyarənin ölkəni tərk etdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yer alıb.
Məlumata görə, təyyarələr Oman istiqamətində uçur. Həmin təyyarələrdə kimin olması barədə məlumat yoxdur.

Aysel Əliyeva
Globalinfo.az