Günün əvvəlindən İsrail ordusu Livandan ərazilərinə 130-a yaxın raket atıldığını qeydə alıblar.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu, Bakı vaxtı ilə saat 23:59-a qədər olan məlumatdır.
***18:39
Bu gün Livandan “Hizbullah” tərəfindən İsrail ərazisinə 90-a yaxın raket atılıb.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Saat 15:00-a (Bakı vaxtı ilə 16.00) qədər “Hizbullah” terror təşkilatı Livandan İsrail ərazisinə 90-a yaxın raket atıb”, – deyə məlumatda bildirilir.
İtkilər barədə məlumat verilmir.