jurij kotenok

“Bir vaxtlar dost olan Ermənistan gözümüzün qabağında uçuruma doğru yuvarlanır”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Kotenok deyib.

“Ermənistan hazırda çox zəifdir. O, faktiki olaraq dünya siyasətinin subyekti statusunu itirib. Üstəlik, Paşinyan nümayişkaranə şəkildə Moskvanın köməyindən imtina edib. Ermənistan Müdafiə Nazirliyinə ordudan uzaq olan adamlar təyin olunur. Təcrübəli karyeralı hərbi qulluqçular isə Silahlı Qüvvələrin rəhbərliyindən zorla uzaqlaşdırılır. Ermənistan ordusu getdikcə daha həssas olur və onun muzdlularla möhkəmləndirilməsi tədbirləri qeyri-adekvat görünür. Əgər yeni qarşıdurma olarsa, İrəvan dayana bilməyəcək. Ermənilər belə bir ssenariyə hazır deyillər. Bu fonda Paşinyanın Rusiyadan uzaqlaşmaq cəhdləri xüsusilə qəribə görünür. Rusiyanın Ukraynada hərbi əməliyyatlarını davam etdirdiyini nəzərə alsaq, İrəvanın kimə arxalanacağı sual altındadır. Paşinyanın Aİ-yə daxil olmaq üçün referendum keçirmək istəyi də gülünc görünür. Ermənistanda gedən proseslər geridönməz məcraya yönəlir”, – Kotenok vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: