Hərbçimiz şəhid oldu – FOTO

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcək.

Allah rəhmət eləsin!