Gündə bir neçə mərtəbə pilləkən qalxmaq ömrü uzada bilər.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Şərqi İngiltərə Universitetinin alimləri 480 mindən çox insanın məlumatlarını araşdırıblar. Müşahidələr orta hesabla 14 il davam edib.
Nəticələrə görə, müntəzəm olaraq pilləkənlə qalxan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 39%, ümumi ölüm riski isə 24% daha aşağı olub.
Pilləkənlə qalxmaq həmçinin infarkt, insult və ürək çatışmazlığı riskinin azalması ilə əlaqələndirilib.
Araşdırmalardan birində ən çox faydanın gündə təxminən 6 mərtəbə pilləkən qalxanlarda olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, qısa müddətli fiziki aktivlik belə sağlamlıq üçün faydalıdır.
Lakin tədqiqat pilləkən qalxmağın birbaşa olaraq ömrü uzatdığını sübut etmir.
Əliyar Xəlil
Globalinfo.az