Screenshot 150

Floridadakı Palm-Biç Beynəlxalq Hava Limanının adı rəsmən dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, hava limanı artıq ABŞ Prezidenti Donald Trampın adını daşıyır.

Qərar 9 iyul tarixində qüvvəyə minib. Hava limanı yeni rəsmi adını ABŞ-nin Nəqliyyat Departamenti tərəfindən dərc edilmiş Federal Aviasiya Administrasiyasının sərəncamına əsasən alıb.

Adla yanaşı, hava limanının üçhərfli kodu da dəyişdirilib. Əvvəlki PBI kodu Donald Con Trampın adının baş hərflərindən götürülmüş DJT kodu ilə əvəz olunub.

Paylaş: