
Martın 2-si səhər saatlarında bir neçə ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
“Hadisə baş verən kimi aidiyyəti qurumlar dərhal axtarış və xilasetmə əməliyyatlarına başlayaraq, heyəti təxliyə edib və onların sağlamlıq vəziyyətini yoxlamaq üçün xəstəxanaya yerləşdiriblər. Hazırda heyətin vəziyyəti stabildir”, – deyə bildirilib.
Məlumata görə, hadisənin şəraitinin araşdırılması üçün ABŞ qüvvələri ilə birbaşa koordinasiya həyata keçirilir və birgə texniki tədbirlər görülür:
“Məsul orqanlar hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaları davam etdirir və rəsmi mənbələrdən əlavə məlumatlar əldə etməyi planlaşdırır”.
Safura Bənnayeva
Globalinfo.az
