HƏMAS-dan İsrailə tarixi çağırış: “1967-ci il…”

“HƏMAS İsraillə 5 il və ya daha uzun müddətə atəşkəs imzalamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu HƏMAS rəsmisi Xəlil əl-Hayya “Associated Press”ə müsahibəsində deyib.

O, təşkilatın bunun üçün bəzi şərtlərinin olduğunu bildirib:

“Əgər müstəqil Fələstin dövləti yaradılarsa, o zaman təşkilat silahları yerə qoyacaq və siyasi bir partiyaya çevriləcək. HƏMAS o zaman geri çəkiləcək ki, 1967-ci il sərhədləri boyunca vahid Fələstin dövləti yaradılsın, beynəlxalq hüquqa uyğun olaraq fələstinli qaçqınların qayıdışı təmin edilsin. Ancaq o halda təşkilatın hərbi qanadı fəaliyyətini dayandıracaq”.

Ayşən Mustafa
Globalinfo.az