“HƏMAS üzvləri həqiqətən Türkiyədədirsə, onların ekstradisiyasında israr edirik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Mən xəbərlər görürəm ki, Dohada olan HƏMAS rəhbərliyinin bir qismi indi Türkiyəyə köçüb. Biz hesab edirik ki, onlar ABŞ-a verilməlidir. ABŞ HƏMAS üzvlərini həm amerikalıların qətlində, həm də onların girov götürülməsində ittiham edir”, – o bildirib.
Qeyd edək ki, HƏMAS üzvlərinin qərargahlarını Qətərdən Türkiyəyə köçürəcəyi barədə məlumatı bundan öncə İsrail mətbuatı yaymışdı.
Əliyar Xəlil
Globalinfo.az