hemas

Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planını qəbul etməyə meyllidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Fələstin qrupu oktyabrın 1-də Misir və Qətər vasitəçilərinə cavab göndərməyi planlaşdırır. Mənbə bildirib ki, Həmas ABŞ-ın təklifinin surətini vasitəçilər vasitəsilə alıb.

“HƏMAS-ın müsbət cavab verməsini gözləyirik. Hərəkat bu təklifi rədd edərsə, İsrail lazımı addımları atacaq. HƏMAS ilə danışıqlar üçün məhdud imkanlar var. Üstəlik, HƏMAS razılaşmalıdır, əks halda onları çox çətin günlər gözləyir”, – Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: