613e0852 5185 480f bb59 26192def0255

Globalinfo.az HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12-dən etibarən qüvvəyə minib.

Qeyd edək ki, ötən gecə HƏMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

***09:03

HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında bəyanat dərc olunub.

Həmas Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır”, – bəyanatda deyilir.

Hərəkat həmçinin məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə, həmçinin ABŞ prezidenti Donald Trampa atəşkəsİsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində işlədiyinə görə təşəkkür edib.

Paylaş: