HƏMAS-a ağır zərbə: “Nuxba” komandiri məhv edildi

İsrail ordusu HƏMAS qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən Bilal Əl-Kedranı zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Onun aviazərbələr zamanı öldürüldüyü bildirilib.

Əl-Kedra HƏMAS-ın “Nuxba” xüsusi təyinatlılarının komandirlərindən olub.