Həftənin ən yaxşı futbolçusu bəlli oldu

uefa trtspor 1889793

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb

Globalinfo.az xəbər verir ki, bu, Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassidir.

28 yaşlı qvineyalı oyunçu “Sportinq”lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.

O, səsvermədə Vinisius Junior (“Real”, İspaniya), Vanqelis Pavlidis (“Benfika”, Portuqaliya) və İqor Payşanı (“Feyenoord”, Niderland) qabaqlayıb.